Avroliqanın aparıcı komandalarından olan “Barselona” və “Real” koronavirus səbəbindən son 2 ildə böyük maliyyə problemləri ilə üzləşib.

İspaniya mətbuatının hesablamasına görə, bu müddət ərzində katalonların itkiləri 27,4 milyon avroya bərabər olub. Madrid klubu isə 25,9 milyon avro ziyana uğrayıb. Amma bu iki komandanın maliyyə itkiləri tək koronavirusla əlaqədar deyil. Ümumiyyətlə, son illər bu iki klub Avroliqa və İspaniya çempionatında iştirakına görə yetərincə qazana bilmir. Bu azmış kimi İspaniyanın iki nəhəng komandası son 4 ildə birgə 203 milyon avro itirib. Mütəxəssislər elə bu mövsüm də vəziyyətin müsbətə doğru dəyişməyəcəyini prqonozlaşdırır. Təsadüfi deyil ki, hər iki klub oyunçuların məvacibinə 68 milyon avro xərcləyir. Amma ümumi gəlir 29 milyon avronu aşmır.